KTMT Qazaxıstana sülhməramlı qüvvələri göndərəcək

Dünya

06.01.2022 - 06:40

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstanda vəziyyət gərgin olaraq qalır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.

AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, - Paşinyanın feysbukdakı paylaşımında deyilir.

Bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün qüvvələrin məhdud müddətə göndəriləcəyi bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş