Kreml: Putin Ərdoğanın mövqeyini yüksək qiymətləndirir

Aktual

12.11.2020 - 14:29

Peskov: “Prezidentlər olduqca sıx və substantiv dialoqu davam etdirirlər”

 

“Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Yaranan nüanslar və fikir ayrılıqları türkiyəli tərəfdaşlarla dialoqun gedişində nizamlanır”. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Peskov qeyd edib ki, Rusiya və Türkiyə əvvəl gündən fərqli nöqteyi-nəzərlərə malik idilər, lakin müxtəlif regional məsələlərin həllində Rusiya və Türkiyənin qarşılıqlı fəaliyyəti özünün səmərəliliyini göstərdi: “Biz bu qarşılıqlı fəaliyyəti, qarşılıqlı etimadın və əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk”.

 

“Bilirsiniz ki, bizim Prezident də türkiyəli həmkarı, Prezident Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Onlar olduqca sıx və substantiv dialoqu davam etdirirlər. Əlbəttə ki, yanaşmalarda müəyyən nüanslar da olur. Biz fikir ayrılıqlarını da nəzərdə tuturuq və onları türkiyəli tərəfdaşlarımızla dialoq zamanı nizamlayırıq. Kreml birgə bəyanatın imzalanmasının mümkün olmasından məmnundur”, - deyə Peskov vurğulayıb.

Müəllif: Ayna.az