Müdafiə Nazirliyi: Ermənistanın təbliğatı yalan üzərində qurulub - <font color=red> FOTO</font>

Aktual

04.10.2020 - 14:20

“Ermənistan tərəfinin Gəncədəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır”

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektləri vurması barədə yalan təbliğatı ilə bağlı məlumat yayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya daxil olan məlumatda bildirilib.

 

“Ermənistan tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib”, - deyə qeyd olunub.

 

Məlumatda Gəncə şəhərində mülki infrastruktura və qədim tarixi tikililərə dəyən ziyanı əks etdirən fotolar da təqdim olunub.

Müəllif: Ayna.az