Dmitri Peskov Türkiyənin Rusiya - Ukrayna münaqişəsinin nizamlanmasındakı mümkün rolunu şərh edib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Rusiya - Ukrayna münaqişəsinin həllində mümkün rolunu şərh edib. Bu barədə AYNA Rusiya mediasına istinadən xəbər verir.
“Gərginlik Moskva ilə Kiyev arasında deyil, Amerika, Moskva və NATO arasındadır. Türkiyə isə NATO ölkəsidir. Çox güman ki, ABŞ Türkiyə ilə də məsləhətləşəcək. O, ABŞ-ın müttəfiqidir”, - deyə Peskov bildirib.
Kremlin sözçüsü bildirib ki, Moskva hələlik NATO ölkələrindən təhlükəsizlik zəmanəti ilə bağlı rəy almayıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə NATO arasında gərginliyin təhlükəli həddə çatdığını açıqlamışdı.