Kreml: Moskva Kiyevlə danışıqlara hazırdır

Dünya

04.09.2022 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “Rusiyanın Ukrayna tərəfinə irəli sürdüyü şərtlər olduğu kimi qalır”

“Moskva Ukrayna ilə Rusiyanın tələblərinin yerinə yetirilməsi şərtlərini müzakirə etməyə hazırdır”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Rusiyanın Ukrayna tərəfinə irəli sürdüyü şərtlər olduğu kimi qalır: “Moskva Kiyevlə şərtlərə əməl etməkdən başqa heç nə barədə danışmayacaq”.

Daha əvvəl Vladimir Putinin sözçüsü bildirib ki, Rusiya Prezidenti ilə Ukrayna lideri Volodimir Zelenski arasında görüş yalnız “müəyyən sənədi” yekunlaşdırmaq üçün mümkündür. Moskva nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə danışıqların dondurulduğunu elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş