Koronavirusa qarşı peyvəndlənənlərin sayı

Xəbərlər

01.01.2022 - 21:39

Həkimlər Klinikalar SEO Xidməti

“Buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 271 nəfər təşkil edir

Azərbaycanda gün ərzində 77 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, “buster” doza ilə peyvənd olunanların sayı isə 7 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 243, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 392, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 580 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 271 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş