Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

13.12.2022 - 17:42

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 284 nəfər COVID-19 əleyhinə peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 284 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 103, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 926 238, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 071, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 766 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 155, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 246 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş