Son sutkada 235 nəfər peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 235 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 104, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 27 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 927 861, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 615, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 997, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 861, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 264 388 təşkil edir.