“Buster” doza üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 600 mini keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 775 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 811, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 702 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 372, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 045, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 326, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.