Koronavirus əleyhinə neçə nəfər peyvəndlənib?

Xəbərlər

29.11.2022 - 17:26

cedabet dərman SEO Xidməti

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 398 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 196, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 46 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 921 785, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 645, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 832, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 410, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 898 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş