Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir
Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə raketlər atılıb. AYNA UNİAN-a istinadən bildirir ki, nəticədə şəhərdə güclü partlayışlar olub.
Kiyev meri Vitali Kliçko Şevçenko rayonunda baş verən partlayışları təsdiqləyib.
"Şevçenkovski rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib”, - deyə o, teleqramda yazıb.
Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.