KİV: İran sabah səhər İsrailə hücum edə bilər

Dünya

13.04.2024 - 23:28

Birləşmiş Ştatlar hesab edir ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.

AYNA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi “Al Jazeera” telekanalına bildirib.

"İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq", - rəsmi deyib. O, qeyd edib ki, İranın sabah, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir.

Müəllif: Ayna.az