Bayram Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib
Bakıda “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb. Bu barədə AYNA-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
“Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”, - DİN-in məlumatında qeyd olunub.