Buba Tbilisidəki Veriyski qəbiristanlığında toprağa tapşırılıb
Əfsanəvi gürcü aktyoru və müğənnisi Vaxtanq (Buba) Kikabidze yanvarın 19-da Tbilisidəki Veriyski qəbiristanlığında vəsiyyətinə əsasən ailə üzvlərinin yanında dəfn edilib.
AYNA gürcü mediasına istinadən bildirir ki, yanvarın 17 və 18-də gürcüstan paytaxtının Rustaveli prospektində, parlament binası ilə üzbəüz yerləşən Kaşvetski Georgi kilsəsində Vaxtanq Kikabidzenin ruhuna dualar oxunub. Bu gün əfsanəvi müğənninin tabutu Tbilisinin Böyük Konsert Zalına (Filarmoniya) gətirilib və onunla vida mərasimi keçirilib.
Gün ərzində minlərlə insan əfsanəvi müğənni ilə vidalaşmağa gəlib. Bunanın tabutu Veriski qəbiristanlığına çiyinlərdə aparılıb. Kikabidze orada torpağa tapşırılıb.
Qeyd edək ki, Gürcüstanın Xalq artisti, Buba ləqəbli Kikabidze bazar günü, yanvarın 15-də 84 yaşında vəfat edib.
