Keniyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Dünya

18.04.2024 - 21:20

Keniyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var. AYNA xəbər verir ki, bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Nəşrin məlumatına görə, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Helikopterdə olanların kimliyi bilinmir.

Müəllif: Ayna.az