Kəlbəcərdə yüş maşını aşıb

Hadisə

17.03.2024 - 17:52

Ağır xəsarətlər alan şəxs dünyasını dəyişib

Kəlbəcər rayon Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib. AYNA-nın “Report”a istinadən məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb.

O Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış.

Müəllif: Ayna.az