Kəlbəcərdə maşın aşıb, ölən var

Hadisə

28.11.2023 - 21:20

Kəlbəcərdə ölümlə nəticələnənən yol qəzası baş verib

Kəlbəcərdə maşın aşıb, ölən var. DİN-in Mətbuat Xidmətinin regional qrupundan AYNA-ya bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az