Özünü təyyarədən atan qızın cəsədi tapılıb

Hadisə

07.08.2019 - 12:29

Kembric universitetinin 19 yaşlı tələbəsi 25 iyuldan bəri axtarışdaydı

 

Madaqaskarda təyyarədən atlayaraq həyatını itirən Alana Cutlandın cəsədi tapılıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Kembric universitetinin 19 yaşlı tələbəsi 25 iyuldan bəri axtarışdaydı.

 

Yerli polis rəisi Sinola Cutlandın cəsədinin kənd ərazisindən tapıldığını təsdiqləyib.

 

Qeyd edək ki, Cutland təyyarə havada olarkən qapını açaraq özünü hava boşluğuna buraxmışdı. Təyyarədə olan bir ailənin üzvləri ilə pilot gənc qızın atlanmasının qarşısını almağa çalışsalar da, buna müvəffəq olmamışdılar.

 

Cutlandın ailəsinə yaxın olan Ruth Johnson bildirmişdi ki, psixi sağlamlığında problemlər olan Alana Cutland ailəsi tərəfindən adaya göndərilirmiş. Gənc qız təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra özünü atmışdı.

 

Cutlandın ailəsi isə qızlarının ölümü ilə bağlı verdikləri açıqlamada Cutlandın böyük həyəcanla Madaqaskarı səyahət etməyə getdiyini demişdilər.

Müəllif: Ayna.az