Kəlbəcərdə 4 nəfər minaya düşüb

Xəbərlər

14.12.2022 - 19:35

cedabet dərman SEO Xidməti

DİN 4 nəfərin minaya düşməsi barədə məlumat yayıb

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş