Kamran Əliyev Moskvaya gedib

Xəbərlər

12.01.2022 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Baş prokurorun ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi nəzərdə tutulub

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş