Kahramanmaraşda 122 saatdan sonra 70 yaşlı qadın xilas edilib

Dünya

11.02.2023 - 11:19

cedabet dərman SEO Xidməti

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir

Türkiyənin Kahramanmaraş şəhərində 70 yaşlı Menekşe Tabak 122 saat sonra dağıntlar altından xilas edilib. AYNA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, qadın dağıntılar altından çıxarılarkən “Dünya var?” deyə soruşub. Xilasedicilər ona cavabında bildirib: “Dünya var, xala, gəl!”

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb, 91 511 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş