Kabildə məktəbdə partlayışlar: 20 şagird həlak olub

Dünya

19.04.2022 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində ölənlərin ümumi sayı 25 nəfərə çatıb

Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə partlayışlar baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, partlayışlar nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.

Ölüm hallarının çoxu paytaxtın qərbində yerləşən Əbdül Rəhim adına məktəbdə iki ardıcıl partlayış zamanı qeydə alınıb.

“Taliban”ın təhlükəsizlik idarəsinin nümayəndəsi Xalid Zardan şəhərin qərbində yerləşən təhsil müəssisələrində üç partlayışın baş verdiyini bildirilib.

"Kabul News" telekanalının şahidlərə istinadla yaydığı məlumata görə, partlayışlarda azı 20 məktəbli həlak olub və ya yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş