İsveç və Finlandiya rəsmən NATO üzvü oldu

Dünya

29.06.2022 - 18:04

Alyansın yeni strateji konsepsiyası da təsdiqlənib

NATO İsveç və Finlandiyanı rəsmən alyansa üzv olmağa dəvət edib. AYNA xəbər verir ki, bu barədə NATO-nun Madrid Sammitində qəbul olunan bəyannaməsində deyilir.

Qeyd edək ki, NATO-nun yeni strateji konsepsiyası da təsdiqlənib. Bu barədə NATO baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.

"NATO liderləri yeni strateji konsepsiyamız, daha rəqabətli dünyada Alyansımızın planı barədə razılığa gəldilər", o bildirib.

Müəllif: Ayna.az