İstehlaka yararsız qida məhsulları məhv edilib

Xəbərlər

22.02.2023 - 14:10

cedabet dərman SEO Xidməti

15 ton müxtəlif növ ət və süd məhsulu tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir. AYNA xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, “Milla Dairy” MMC-yə məxsus 2 adda 12,5 ton müxtəlif növ dondurma məhsulu, “Qurman Plyus” MMC-yə məxsus 15 ton müxtəlif növ ət və süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş