İsrail yaxın günlərdə HƏMAS-a təzyiqi artıracaq

Dünya

22.04.2024 - 08:27

Baş nazir: “Biz HƏMAS-a əlavə və ağrılı zərbələr endirəcəyik, bu, tezliklə baş verəcək”

İsrailin Baş naziri Benyamin Netanyahu yəhudilərin Pasxa bayramına həsr olunmuş çıxışında bildirib ki, İsrail Qəzza zolağında girovların azad edilməsi üçün Fələstinin HƏMAS qruplaşmasına qarşı yeni “ağrılı zərbələr” endirəcək. Bu barədə AYNA “The Times of Israel”ə istinadən məlumat verir.

“Yaxın günlərdə biz HƏMAS-a hərbi və diplomatik təzyiqləri artıracağıq. Çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - deyə siyasətçi bildirib.

Netanyahu əlavə edib ki, israilli girovların azad edilməsi ilə bağlı bütün təkliflər Fələstin qrupu tərəfindən rədd edilib: “Biz HƏMAS-a əlavə və ağrılı zərbələr endirəcəyik, bu, tezliklə baş verəcək”.

Müəllif: Ayna.az