Qəzza zolağında gedən döyüşlərdə daha 4 israilli əsgər ölümcül yaralanıb
Qəzza zolağında həlak olan İsrail əsgərlərinin ümumi sayı 126-ya çatıb. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Müdafiə Qüvvələrinə istinadən yazıb.
Bildirilib ki, Qəzza zolağında gedən döyüşlərdə daha 4 əsgər ölümcül yaralanıb.
“HƏMAS-a qarşı quru hücumu zamanı həlak olan əsgərlərin sayı 126-ya çatıb”, - deyə hərbçilər bildirib.
Qeyd edək ki, dünən İsrail hakimiyyəti və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsi bərpa etməyə hazır olduqlarını açıqlayıblar. Hazırda yeni müqavilənin detalları ilə bağlı iki tərəf arasında fikir ayrılıqları qalmaqdadır.
Fələstin bundan əvvəl İsraili anklavda qadağan olunmuş sursatdan istifadədə ittiham edib.