İsrail, ABŞ, Qətər və Misir Parisdə sülh danışıqları aparacaqlar

Dünya

23.02.2024 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Atəşkəs razılaşması və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı danışıqlar aparılacaq

Bu gün İsrail Parisdə ABŞ, Qətər və Misirlə potensial atəşkəs razılaşması və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İsrailin Hərbi Nazirlər Kabineti oktyabr ayında İsraildən qaçırılan və hələ də HƏMAS qruplaşması tərəfindən saxlanılan 100-dən çox girovun azad edilməsi üçün potensial razılaşmanı müzakirə etmək məqsədilə Mossadın kəşfiyyat rəhbəri David Barneanın başçılıq etdiyi nümayəndələrin Parisə göndərilməsini təsdiqləyib.

Agentlik mənbələri toplantıda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamelin də iştirak edəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş