İspaniyada polis türkiyəli azarkeşə qarşı güc tətbiq edib

İdman

10.03.2023 - 15:53

İspan polisi fanatlardan birini dəyənəklərlə döyüb

İspaniya polisi türkiyəli futbol azarkeşinə qarşı zorakılıq edib. AYNA xəbər verir ki, hadisə "Sevilya" (İspaniya) - "Fənərbağça" (Türkiyə) matçında baş verib.

Sosial şəbəkələrdə yayılan videoda polisin əvvəlcə podiumda baş verənləri səssizcə müşahidə etməsi, sonra fanatlardan birini aşağı çəkərək dəyənəklərlə döyməyə başlaması əks olunub.

Türkiyə mediası İspaniya təhlükəsizlik qüvvələrinin bu cür hərəkətlərinə konkret nəyin səbəb olduğu barədə məlumat verməyib.

Qeyd edək ki, dünən Avropa Liqasının 1/8 final mərhələsində "Sevilya" "Fənərbağça"nı qəbul edib. Oyun 2:0 hesabı ilə "Sevilya"nın xeyrinə başa çatıb.

Müəllif: Ayna.az