AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

İdman

14.07.2020 - 15:27

Vəzifə müvəqqəti olaraq Cahangir Həsənzadəyə həvalə olunub

 

AFFA-nın texniki direktoru Bernhard Lippertin müqaviləsi iyunun 30-da başa çatıb. AYNA xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.

 

Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın kütləvi futbol departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub. AFFA rəhbərliyi B.Lippertə gələcək karyerasında uğurlar arzulayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə