İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

Xəbərlər

18.06.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Məmmədov Kənan iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb

İsmayıllı rayonunun Diyallı kəndində yaşayan, 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az