İrəvanda kütləvi dava olub, ölən və xəsarət alanlar var

Dünya

20.04.2025 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın paytaxtı İrəvanda silahlı qarşıdurma zamanı yeniyetmə öldürülüb.

Bu barədə AYNA.AZ “Shamshyan.com”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Hadisə zamanı zərərçəkənlərdən biri tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib. Daha iki yaralı müxtəlif xəsarətlərlə başqa klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki şəxsi müəyyən edərək saxlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş