İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib: 7 nəfər saxlanılıb

Xəbərlər

31.01.2023 - 15:20

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. AYNA APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var.

DİN əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş