Bu ilin oktyabrında İrandan Azərbaycana gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır
İrandan Azərbaycana gələnlərin sayı azalıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, bu ilin oktyabrında İrandan ölkəmizə 15 257 nəfər gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.
Belə ki, 2021-ci ilin oktyabrında ölkəmizə 17 353 nəfər gəlmişdi.
Qeyd edək ki, ötən aylara nəzər saldıqda ilk dəfə İrandan gələnlərin sayı ötən illə müqayisədə azalıb.