İranda prezident seçkilərində səsvermə iki saat uzadılıb

Dünya

28.06.2024 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər – red.) uzadılıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb”, - məmur IRIB telekanalının efirində deyib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb. Məntəqələr yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.

Müəllif: Ayna.az