İranda kütləvi iğtişaşlar zamanı ölənlər və yaralananlar var

Dünya

20.09.2022 - 19:35

Həkimlər Klinikalar SEO Xidməti

İzdihamlı aksiyalarda hökumət əleyhinə şüarlar səsləndirilib

İranın Kürdüstan əyalətində əxlaq polisi tərəfindən saxlanılan qızın ölümü ilə bağlı keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb.

AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Kürdüstan əyalətinin başçısı İsmail Zarei Kuşa deyib.

O, yaralı sayını açıqlamasa da, əhalini sakitliyə çağırıb.

Bu gün İranın paytaxtı Tehranda, Həmədan və Qəzvin şəhərində də əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyaları keçirilib. Tehranın Vəli Əsr xiyabanında izdihamlı etiraz aksiyasında hökumət əleyhinə şüarlar səsləndirilib.

Onlar “diktatora ölüm” şüarı səsləndirərək həbs olunan şəxslərin azad olunmasını tələb edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş