İranda 194 nəfər "omikron" ştamına yoluxub

Dünya

03.01.2022 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

"omikron"a yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər

İranda COVID-19-un "omikron" ştamına yoluxanların sayı günü-gündən artır. AYNA-nın məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.

 

O bildirib ki, ölkədə koronavirusun "omikron" ştamına yoluxanların sayı 194 nəfərə çatıb.

Nazirin sözlərinə görə, "omikron"a yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.

Qeyd edək ki, bundan öncə İranda "omikron" virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş