İrana hücumlar bərpa olunacaq?

Dünya

22.10.2026 - 13:06

ABŞ və İsrail Konqres seçkilərindən sonra İrana zərbələr üçün plan hazırlayıblar

ABŞ və İsrail 3 noyabrda keçiriləcək ara seçkilərdən sonra İrana zərbələri bərpa etmək üçün plan hazırlayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

NYT-nin məlumatına görə, qısa, lakin intensiv əməliyyat İranın nüvə obyektlərini, enerji infrastrukturunu, raket və pilotsuz təyyarə anbarlarını hədəf ala bilər.

Zərbələr həmçinin dərin yeraltı kompleksin yerləşdiyi Kuh Kolanq kimi tanınan Kirk dağına da mümkündür.

Məlumatda qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp yanacaq qiymətlərinin daha da artmasının qarşısını almağa çalışdığı üçün İranın neft emalı zavodları və neft infrastrukturu hədəfə alınmayacaq.

Tramp hələlik ara seçkilərdən sonra hərbi əməliyyatların bərpası barədə qərar verməyib, lakin bombardmanların bu ayın sonunda başlaması ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş