“İran şəbəkələrinə üzvlər bu ölkəyə ziyarətlərə gedənlər arasından seçilir” - DEPUTAT

Cəmiyyət

01.02.2023 - 13:09

Fazil Mustafa: “Yas yerlərində qaydalara, meyxanaçılara xüsusi diqqət yetirilməlidir”

“Azərbaycanda xüms adı ilə milyonlarla pul yığılaraq İrana göndərilir”. AYNA xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Millət vəkili bildirib ki, İran şəbəkələrinə üzvlər bu ölkəyə ziyarətlərə gedənlər arasından seçilir: “Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır”.

“Eyni zamanda, yas yerlərində qaydalara, meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr ölkədə fəallaşa bilməsinlər”, - deputat bildirib.

F.Mustafa vurğulayıb ki, Azərbaycandan İrana edilən dini ziyarətləri qanunvericilik səviyyəsində nəzarətdə saxlamaq lazımdır. 

Müəllif: Ayna.az