Android-ə sizi təhlükələrdən xilas edə biləcək funksiya gəlir

Cəmiyyət

06.08.2019 - 22:41

Həkimlər Klinikalar SEO Xidməti

Polis, təcili yardım və yanğınsöndürənlər bir düyməyə toxunmaqla gələcək

 

Google təcili hallarda istifadə edilən yeni bir xüsusiyyət inkişaf etdirib. AYNA chip.az-a istinadən bildirir ki, Google-nın inkişaf etdirdiyi bu xüsusiyyətlə səhiyyə, yanğınsöndürmə, ya da polis dəstəyi tələb edən hər hansı bir vəziyyətdə olan şəxslər yalnız tək bir toxunuşla yer məlumatlarını və nəyə ehtiyacları olduğunu bir söz demədən bildirəcək. Təcili vəziyyət çağırışı etməyiniz lazım olduğu zaman  saniyələrin belə böyük bir əhəmiyyəti ola bilər. Bütün bunlarla yanaşı stress səbəbindən düzgün məlumat verməyə bilərsiniz.

 
 Bu səbəblərin hamısını nəzərə alan Google, Android telefonlara yeni bir təcili xidmətlər xüsusiyyəti gətirməyə hazırlaşır. Xüsusiyyət tək bir hərəkətinizlə birlikdə sizin danışmağınıza ehtiyac olmadan lazımi məlumatları təcili yardım briqadalarına verəcək. Bununla da sürətli, və keyfiyyətli ünsiyyət qurulacaq.

 

Google-nın yeni üsulunun içərisində üç ədəd təcili vəziyyət variantı var. Bunlardan biri sağlamlıq, digəri yanğınsöndürmə, sonuncusu isə  polis çağırışıdır.

 

Sistem ilk növbədə qarşı tərəfə avtomatik bir səs yazısı ilə məlumatını verir. Daha sonra insanın məkanını bildirən sistem, nə istədiyini açıq şəkildə dilə gətirir. Yəni mesajın sonunda "Yardım  istəyirəm", "Yanğınsöndürmə istəyirəm", və ya "Polisə ehtiyacım var" kimi ifadələr səslənir.

 

Bu yeni xüsusiyyət nitq pozğunluğu olan şəxslər üçün də çox faydalı olacaq.

 

Google təcili xidmətlər üçün inkişaf etdirdiyi bu xüsusiyyəti ilk olaraq Pixel cihazlara gətirəcəyini bildirib. Yaxın aylarda gələcəyi bildirilən xüsusiyyətin Pixel cihazlarından sonra başqa cihazlara da gələcəyi gözlənilir.

Müəllif: Ayna.az