Təcili Yardım gücləndirilmiş rejimə keçdi

Cəmiyyət

01.01.2020 - 20:49

Briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub

 

Bu gündən etibarən bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

 

AYNA-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən məlumatına görə, briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.

 

Bununla yanaşı, TƏBİB rəhbərliyi yerlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarında olaraq işin təşkili ilə tanış olub və öz tapşırıq və tövsiyələrini verib.

Müəllif: Ayna.az