Müraciətlərin qəbulu sabahdan başlayır
İpoteka kreditləri üzrə müraciət tarixləri açıqlanıb. AYNA xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Qeyd edilib ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 01.02.2023-cü il tarixində saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə 02.02.2023-cü il tarixində saat 10:00-dan başlayacaq.
İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.