İlon Mask: “Gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq”

Dünya

24.04.2024 - 11:14

“İstəsək də, istəməsək də, onsuz da müharibə başlayacaq”

“Qərb ölkələrində gec-tez vətəndaş müharibəsi başlayacaq”. AYNA xəbər verir ki, bu sözləri amerikalı iş adamı İlon Mask “X” sosial şəbəkə hesabında yazıb.

“İstəsək də, istəməsək də, onsuz da müharibə başlayacaq”, deyən sahibkar kanadalı professor Qad Saadın müharibə barədə məqaləsinə istinad edib.

Bundan əvvəl Amerikanın “The American Thinker” jurnalı etiraz əhval-ruhiyyəsinin təkcə ABŞ-a deyil, bütün kollektiv Qərbə yayıldığını yazıb. Nəşr qeyd edir ki, bu gün Qərbdə xalqın hakimiyyətdən narazılığı pik həddə çatıb və taleyüklü partlayışdan əvvəl yalnız bir qığılcım lazımdır.

Müəllif: Ayna.az