İlham Əliyev və Mehriban Əliyeva Ağcabədi rayonuna səfər ediblər

Xəbərlər

13.02.2022 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Prezident və birinci xanım açılışlarda iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.

AYNA xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə də məlumat verilib.

Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş