Prezident işgüzar səfər edib
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri ilə üçtərəfli görüş olacaq.