Müdafiə Nazirliyi məlumat yayıb
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - deyə Müdafiə Nazirliyindən bildirilib.