Horadiz dəmir yolu stansiyasında silah-sursat tapılıb

Xəbərlər

11.01.2022 - 12:46

Həkimlər Klinikalar SEO Xidməti

2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74”...

Horadiz dəmir yolu stansiyası ərazisində silah-sursat aşkar edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisində 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş