“Hizbullah” üzvü Səlim Ayyaş öldürülüb

Dünya

11.11.2024 - 09:39

Həkimlər Klinikalar SEO Xidməti

Livanın keçmiş Baş nazirini öldürməkdə təqsirləndirilən şəxs Suriyada məhv edilib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın qərbində, Livanla sərhəd yaxınlığında yerləşən Quseyr şəhəri yaxınlığında “Hizbullah” milislərinin obyektinə hücum edib. AYNA xəbər verir ki, bu barədə Dubaydan yayımlanan “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, noyabrın 9-da həyata keçirilən hücum zamanı bir neçə nəfər, o cümlədən 2020-ci ildə Livanın keçmiş Baş naziri Rafiq Həririnin (1944-2005) qətlinin təşkilində təqsirli bilinən “Hizbullah” üzvü Səlim Ayyaş öldürülüb. Haaqada keçirilən Livan üzrə Xüsusi Tribunal (STL) Ayyaşı qiyabi olaraq beş ömürlük həbs cəzasına məhkum etmişdi.

Əvvəllər iş üzrə əsas müttəhim “Hizbullah”ın silahlı qanadının üzvü Əmin Bədrəddin olub. Lakin o, Suriyada hökumət qüvvələrinin tərəfində vuruşan döyüşlər zamanı həlak olub. 2022-ci ildə STL Həririnin qətlini əvvəlcədən planlaşdırmaq üçün sui-qəsddə təqsirli bilinən livanlı Həsən Merhi və Hüseyn Ouneysini qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

Müəllif: Ayna.az