“Dehli Vaşinqtonun təzyiqi altında ABŞ ilə ticarət müqaviləsi bağlamaq niyyətində deyil”
“Dehli Vaşinqtonun təzyiqi altında ABŞ ilə ticarət müqaviləsi bağlamaq niyyətində deyil”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal deyib.
"Əlbəttə ki, biz ABŞ ilə danışıqlar aparırıq, amma müqavilələri tələsik, müəyyən bir müddətə və ya “silah gücü ilə” bağlamırıq", nazir bildirib.
Nazir deyib: "Hindistan uzunmüddətli perspektivdən çıxış edir və heç vaxt tələsik və ya təzyiq altında qərarlar qəbul etmir. Biz ABŞ tariflərinin mallarımıza tətbiq olunduğunu qəbul etmişik".
Onun sözlərinə görə, Hindistan hakimiyyəti ticarət məhdudiyyətlərini aradan qaldırmağın yollarını araşdırır, yeni bazarlar axtarır və daxili tələbata müraciət edir.
Eyni zamanda, adı açıqlanmayan Hindistan hökumətinin rəsmisi “Bloomberg”ə bildirib ki, Hindistan və ABŞ ticarət müqaviləsinə yaxındırlar. Mənbə iddia edib ki, danışıqlar aparanlar fikir ayrılıqlarının əksəriyyətini həll ediblər, lakin müqavilə hələ də hər iki ölkənin yüksək siyasi liderləri tərəfindən təsdiqlənməlidir. ABŞ-ın Hindistanla münasibətləri ticarət siyasəti ilə bağlı da pisləşib. 27 avqustda Donald Tramp Rusiya neft alışları səbəbindən Hindistan mallarına 25% tarif tətbiq etdi. Buna görə də, 27 avqust tarixindən etibarən ABŞ, Ağ Evin ölkələrlə ticarət müqavilələrinin nəzərdən keçirilməsi çərçivəsində əvvəllər tətbiq edilmiş 25% tariflərə əsasən, Hindistan mallarına 50% tarif tətbiq edəcək. O vaxtdan bəri ölkələr bir neçə dəfə ticarət danışıqları aparıblar.