Müdafiə Nazirliyi məlumat yayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməklik göstərilməsinə dair tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.




