HƏMAS Qəzzanı təkbaşına idarə etməyəcək

Dünya

20.01.2025 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Hərəkat Qəzza sektorunu idarə etmək üçün texnokratlardan ibarət komanda formalaşdıracaq

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza sektorunu təkbaşına idarə etmək niyyətində deyil. Bu məqsədlə texnokratlardan ibarət komanda formalaşdıracaq. AYNA xəbər verir ki, HƏMAS-ın Siyasi Büro üzvü Məhəmməd Nazzal bu planla bağlı “Anadolu” agentliyinə açıqlamasında deyib.

“Biz Qəzzaya müstəsna nəzarət iddiasında deyilik. Qəzzanı müxtəlif sektorlarda idarə etmək üçün bütün fələstinli qrupların daxil olduğu texnokratik bir komanda yaratmağı təklif edirik”, - deyə bildirib.

Nazzal atəşkəs razılaşmasından sonra Qəzzanın yenidən qurulmasının vacibliyini də vurğulayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş